TOP 10

Federasiya işdən çıxardı, FİFA cərimələdi

DÇ-2018
Tarix: 2018-07-10 09:47

FİFA DÇ-2018-in 1/4 final mərhələsi çərçivəsində keçirilmiş Rusiya – Xorvatiya oyunundan sonra Domaqoy Vida və Oqnen Vukoyeviçin sosial şəbəkədə yaydıqları videoda səsləndirdikləri məlum şüarlara görə yekun qərarını açıqlayıb. Sport24.az xəbər verir ki, ali futbol qurumu öncə Xorvatiya Futbol Federasiyasına xəbərdarlıq göndərsə də, bununla kifayətlənməyib. Belə ki, FİFA Vukoyeviçi 15 min İsveçrə frankı məbləğində cərimə edib.


Xatırladaq ki, daha öncə Xorvatiya Futbol Federasiyası məlum qalmaqalla əlaqədar Rusiyadan üzr istəmişdi. Vida və Vukoyeviç də öz növbələrində buna görə ruslardan üzr istəyiblər. Baxmayaraq ki, onlar ilkin açıqlamalarında etdikləri hərəkətin sadəcə, zarafat olduğunu bildirməklə kifayətlənmişdilər. Xorvatiya yığmasının aparıcı futbolçularından olan Vida baş verənlərə görə ucuz qurtulsa da, komandanın texniki heyətində yer alan Vukoyeviç artıq millidəki vəzifəsindən azad olunub.


FİFA-dan verilən məlumata görə, xorvatların qarşı tərəfdən üzr istəməsi, həmçinin Vukoyeviçin postundan uzaqlaşdırılması çıxardıqları cəzanın bir qədər yüngül olmasında rol oynayıb. Əks halda cəza daha sərt ola bilərdi.
 

18 Iyul 2018
17 Iyul 2018
B.eÇ.aÇC.aCŞB