TOP 10

Fransa finalda!

DÇ-2018
Tarix: 2018-07-10 23:54

Rusiyada təşkil olunmuş futbol üzrə dünya çempionatı davam edir. Sport24.az xəbər verir ki, bu gün DÇ-2018-in ilk yarımfinal oyunu keçirilib.


İlk finalçının adına Fransa - Belçika oyununda aydınlıq gəlib. Baxımlı oyun və hücum futbolu sərgiləyən bu komandalardan hansının həlledici oyuna vəsiqə qazanacağı böyük maraqla gözlənilirdi. Bu görüşün taleyini 1 qol həll edib. Fransızlar minimal hesabla qələbə qazanaraq, mundialın həlledici oyununa ilk vəsiqəyə sahib çıxıblar.


Qeyd edək ki, digər yarımfinal görüşü sabah Xorvatiya və İngiltərə yığmaları arasında keçiriləcək.


DÇ-2018
Yarımfinal

10 iyul


Fransa - Belçika 0:1
Qol: S.Umtiti, 51.
Baş hakim: Andres Kunya (Uruqvay).
Sankt-Peterburq. “Sankt-Peterburq” stadionu.


Fransa: 1. Uqo Loris (k), 2. Benjamin Pavar, 4. Rafael Varan, 5. Samuel Umtiti, 6. Pol Poqba, 7. Antuan Qrizmann, 9. Olivye Jiru, 10. Kilian Mbappe, 13. Nqolo Kante, 14. Blez Matuidi, 21. Lukas Hernandes.
Ehtiyat oyunçular: 3. Presnel Kimpembe, 8. Tomas Lemar, 11. Usman Dembele, 12. Korentin Tolisso, 15. Stiven Nzonzi, 16. Stiv Mandanda, 17. Adil Rami, 18. Nabil Fekir, 19. Cibril Sidibe, 20. Florian Toven, 22. Benjamin Mendi, 23. Alfonse Areola.
Baş məşqçi: Didye Deşam.
Belçika: 1. Tibo Kurtua, 2. Tobi Alderveyreld, 5. Vinsen Kompani, 5. Yan Vertongen, 6. Aksel Vitsel, 7. Kevin de Breyne, 8. Maruan Fellaini, 9. Romelu Lukaku, 10. Eden Azar (k), 19. Mussa Dembele, 22. Naser Şadli.
Ehtiyat oyunçular: 3. Tomas Vermaelen, 11. Yannik Karrasko, 12. Simon Minolye, 13. Kun Kastels, 14. Dris Mertens, 16. Torqan Azar, 17. Yuri Tilemans, 18. Adnan Yanuzay, 20. Dedrik Boyata, 21. Miçi Batşuayi, 23. Leander Dendonker.
Baş məşqçi: Roberto Martines.

19 Sentyabr 2018
18 Sentyabr 2018
B.eÇ.aÇC.aCŞB