TOP 10

Xorvatiya Rusiyadan üzr istədi

DÇ-2018
Tarix: 2018-07-09 22:35

Xorvatiya Futbol Federasiyası DÇ-2018-in 1/4 final mərhələsi çərçivəsində keçirilmiş Rusiya ilə oyundan sonra yığma komandanın müdafiəçisi Domaqoy Vidanın sosial şəbəkə hesabından paylaşdığı videoya görə yaranan qalmaqalla əlaqədar qarşı tərəfdən üzr istəyib.


Sport24.az xəbər verir ki, sözügedən videoda Vida və millinin sabiq üzvü, hazırda bu komandanın texniki heyətində yer alan Oqnyen Vukoyeviç “Slava Ukrayna” ifadəsini işlətməklə qalmaqala səbəb olmuşdular. Çünki hazırda Rusiya ilə Ukrayna arasında siyasi gərginlik mövcuddu. Bu üzdən rusların böyük narazılığını nəzərə alan FİFA araşdırmaya başlamış, sonda Xorvatiya Futbol Federasiyasına şifahi xəbərdarlıq etməklə kifayətlənmişdi.


XFF isə öz növbəsində baş verənlərə görə Rusiya xalqından üzr istəyib, Vukoyeviçi millidəki vəzifəsindən kənarlaşdırıb.
 

19 Sentyabr 2018
18 Sentyabr 2018
B.eÇ.aÇC.aCŞB