TOP 10

“Sumqayıt” İsraildən futbolçu transfer etdi - VİDEO

Futbol
Tarix: 2018-07-09 17:23

2018/19 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunu heyətinə cəlb edib. Sport24.az xəbər verir ki, son mövsümü İsrail Premyer Liqası təmsilçisi "Hapoel Ra'anana"da keçirmiş əslən azərbaycanlı olan Əli Babayev “Sumqayıt”la 2 illik müqaviləyə imza atıb. Babayev "Sumqayıt"da 99 nömrəli formada çıxış edəcək.
 

Qeyd edək ki, 1990-cı il təvəllüdlü dayaq yarımmüdafiəçisi peşəkar karyerası boyunca yalnız "Hapoel Ra'anana"nın şərəfini qoruyub. Əli Babayev İsrail təmsilçisinin heyətində meydana çıxdığı 135 oyunda 5 dəfə rəqib qapılarına yol tapıb. O, son mövsümdə isə 19 rəsmi oyunda meydana çıxıb.


21 Sentyabr 2018
20 Sentyabr 2018
B.eÇ.aÇC.aCŞB