TOP 10

Kamran Quliyev "Sevilya"nın potensial rəqib olmasını böyük motivasiya sayır: "Uypeşt"lə matçda favorit bizik"

Futbol
Tarix: 2018-07-09 16:55

"Neftçi"nin prezidenti Kamran Quliyev "Türk Hava Yolları" Şirkəti" ilə əməkdaşlıq müqaviləsinin imzalanması mərasimindən sonra brifinq keçirib. Sport24.az xəbər verir ki, klub rəhbəri jurnalistlərin suallarını cavablandırıb.

 

- "Neftçi" Macarıstan "Uypeşt"i ilə keçirəcəyi Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununa hazırdı?

- Məncə, bəli. Hazır olduğumuz baş məşqçimiz Roberto Bordin də qeyd edib. Təbii ki, istənilən halda çatışmazlıqlar var. Amma komandamız yaxşı təlim-məşq toplanışı keçirib. Yoxlama matçları oyun baxımından da irəliləyişlərin olduğunu göstərdi. İnanmaq istərdik ki, bu amillər xeyrimizə olacaq.

 

- İstədiyiniz transferləri edə bildiniz?

- Bəli. Tansfer çalışmalarımızı demək olar başa vurmuşuq. Amma ola bilər ki, "Uypeşt"lə oyunun nəticəsindən asılı olaraq, hansısa mövqeyə futbolçu alınsın. Bu, ciddi ehtiyac duyulduğu halda baş verəcək. Heyətimiz Premyer Liqamızın üçünsə hazırdı.

 

- "Uypeşt"i keçəcəyiniz halda, "Sevilya" ilə qarşılaşacaqsınız. Güclü rəqiblə düşməyiniz komandada ruh düşkünlüyü yaratmayıb?

- Xeyr. Əksinə, istənilən futbolçu "Uypeşt"i keçərək, "Xuan Sançes Pisxuan" stadionuna çıxmaq, dünya ulduzlarına qarşı oynamaq istəyər. Son 16 ildə Avroliqanın 5 dəfə qalibi olmuş komanda ilə qarşılşamaya çıxmaq futbolçularımız üçün əlavə bir motivasiyadı. Bu, komandaya böyük təcrübə qazandıracaq.

 

- "Uypeşt"lə qarşılaşmada hansı komandanı favorit görürsünüz?

- "Neftçi"ni. Bu, belə də olmalıdı.

 

- Klub azarkeşlərlə münasibətlərini daha da yaxşılaşdırmaq üçün hansı addımları atacaq?

- Böyük klub azarkeşsiz yaşaya bilməz. Azarkeşsiz klub sadəcə, bir addı. Azarkeş bu klubun ayrıca hissəsi yox, bir parçasıdı. Çalışacağıq ki, azarkeşlərlə bağlı yeni layihələrimiz, əməkdaşlığımız olsun. Bunlar bizim üçün çox vacibdi. Azarkeşsiz matça köklənmək çox çətindi. Futbolçunu fabatlar nə qədər çox dəstəkləsə, bir o qədər də geri dönüş olar. Bunun da nəticəsində utbolçular da azarkeşlərə sevincli anlar bəxş edərlər. Bunlar bir-birini bağlı olan məsələlərdi. Ona görə də buradan onlara səslənirəm ki. stadiona gəlsinlər, öz komandalarını bütün oyunlarda dəstəkləsinlər.

 

- Sentyabr ayıda "Neftçi" TV-nin fəaliyyətə başlaması gözlənilir. Bu yöndə işlər nə yerdədi?

- Bu barədə ətraflı danışmaq istəmirəm. Özünüz futbola hansısa sahədən gəldiyimi bilirsiniz. Bu, maraqlı layihədi və üzərində işləyirik. Hələ layihənin nəzəriyyəsi bitməyib. Lakin həyata keçirməkdə israrlıyıq. Hesab edirəm ki, brendimizin inkişafında mühüm rol oynaya biləcək. İndiki dövrdə insanlar televiziyaya baxırla. Hazırda elektron cihaz qarşısında əyləşdiyimiz vaxtı saysaq, kifayət qədər uzun müddət olduğunu görərik. Bu, uzaq gələcəyin layihəsi deyil. İstəyirik ki, adımıza layiq bir şey olsun. "Neftçi" TV klubumuzun tarixini, keçmiş oyunlarını göstərəcək.

 

- “Neftçi”nin bazasında olan təmir işlərini “Türk Hava Yolları” üzərinə götürüb, yoxsa klub?

- Tikintidə “Türk Hava Yolları”nın üzərinə heç nə düşmür. Bu, SOCAR ərəfindən həyata keçirilir. Orda işlər çoxdur Bu müqavilə işlərin sürətlənməsinə gətirib çıxara bilər. Yaxın aylarda işlərə start veriləcək.

 

- Əvəzedici komandaya göndərilən cənubi amerikalı legionerlər Mayk Kampazla Lukas Qomesin “Neftçi”də taleyi necə olacaq?

- Baş məşqçi öz fikirlərini dedi. Biz də klub olaraq, həmin işin həyata keçirilməsi üçün əlimizdən gələni edirik. Bütün qərarlar, addımlar qanun çərçivəsində olmalıdı. Heç kimin haqqına girməmək şərti ilə bu işlər görüləcək. Hazırda danışıqlar gedir və çərçivəsində iş görüləcək.

 

- “Neftçi”nin çempionatda hədəfi çempionluqdu?

- Bəli, ən yüksək hədəfdi. İstəyirik ki, “Neftçi” çempion olsun. Premyer Liqamızdaklublarımız güclüdür. Son illərdə hamı bilir ki, “Neftçi” Avropa Liqasına vəsiqə uğrunda mübarizə aparırdı. Amma qarşıdakı mövsüm yüksək yerlər üçün çalışacağıq. Buna inanıram və istəyirəm ki, belə olsun.

 

MEHMAN SÜLEYMANOV

 

 

19 Iyul 2018
18 Iyul 2018
B.eÇ.aÇC.aCŞB