TOP 10

Almeyda dilə gəldi: “Təki millidən dəvət alım”

Futbol
Tarix: 2018-07-09 13:28

Gecə saatlarında Riçard Almeydanın millimizdən imtina etməməsi barədə yaydığımız xəbər təsdiqini tapdı.  Yarımmüdafiəçinin “Astana”nın Çempionlar Liqasında iştirak ərizəsində braziliyalı kimi göstərilməsinə dair msələyə əvvəlcə Qazaxıstan çempionunun mətbuat xidmətindən cavab aldıq:

 

“Biz futbolçunun təqdim etdiyi pasport əsasında onu braziliyalı kimi göstərmişik. Almeydanın Qazaxıstanda istər azərbaycanlı, istərsə də braziliyalı kimi təqdim olunmasının fərqi yoxdu: hər iki halda o, legioner hesab edilir. Azərbaycan yığmasında oynayıb-oynamayacağına dair isə yalnız futbolçudan soruşsanız dəqiq cavab ala bilərsiniz”.

 

Nəhayət, bir qədər əvvəl Riçard Sport24.az-ın sorğusunu cavablandırdı: “Azərbaycanı, “Qarabağ”ı sevirəm. Təki millidən dəvət alım, hər zaman Azərbaycanın şərəfini qorumağa hazıram. Millidən imtina etməyimlə bağlı yayılan informasiyalar zərrə qədər də həqiqəti əks etdirmir”.

 

Göründüyü kimi, hələ gecə saatlarında etibarlı mənbədən əldə etdiyimiz xəbər Almeydanın dilindən də təsdiqini tapdı. Başqa sözlə, “həyəcan təbili”nə ehtiyac yoxdu.

15 Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB