TOP 10

Əlavə vaxtın qalibi yoxdu - DÇ-2018-də

DÇ-2018
Tarix: 2018-07-09 09:33

Rusiyada təşkil olunmuş futbol üzrə dünya çempionatında artıq bütün yarımfinalçılar bəllidi. Sport24.az xəbər verir ki, DÇ-2018-də finala vəsiqə uğrunda Fransa Belçikayla, İngiltərə isə Xorvatiya ilə mübarizə aparacaq.


Sözügedən mundialla bağlı daha bir maraqlı fakt diqqət çəkir. Belə ki, pley-off mərhələsi başlayandan bəri əlavə vaxta gedən bütün qarşılaşmaların qalibi penaltilər seriyasında müəyyənləşib.


İspaniya - Rusiya (1:1), Xorvatiya - Danimarka (1:1), Kolumbiya - İngiltərə (1:1) matçlarından sonra 1/4 finaldakı Xorvatiya - Rusiya qarşılaşmasında da əlavə vaxtda qalibi müəyyənləşdirmək mümkün olmadı və penalti zərbələrinə ehtiyac duyuldu.


Müqayisə üçün xatırladaq ki, DÇ-2014-də əlavə vaxta gedən 7 matçın yalnız 3-də penalti seriyasına ehtiyac duyulmuşdu.


DÇ-2010-da isə 4 qarşılaşmada əlavə vaxt təyin edilmiş, onların da yalnız 2-də qalib penaltilərlə müəyyənləşmişdi.


Digər tərəfdən, Xorvatiya yığması dünya çempionatlarında ardıcıl iki oyunda penaltilər seriyasında qalib gələn ikinci komanda oldu. İlk dəfə belə bir uğura DÇ-1990-da Argentina nail olub.
 

16 Noyabr 2018
15 Noyabr 2018
B.eÇ.aÇC.aCŞB