TOP 10

Sport24.az “Almeyda düyünü”nü açdı: millimizlə bağlı qərarında son nöqtə

Futbol
Tarix: 2018-07-09 01:15

Riçard Almeydanın Qazaxıstan “Astana”sına keçidindən sonra milli komandamızdan imtina edəcəyi ilə bağlı söz-söhbət yaranmışdı. Ötən gün Roman Qriqorçukun çalışdırdığı klub Çempionlar Liqasındakı iştirak ərizəsini UEFA-ya təqdim edib və orada Almeydanın vətəndaşlığını braziliyalı kimi göstərib. Bu da ortaya təbii sual çıxarıb: Riçard millimizdən imtina edib?

 

Sport24.az məsələyə aydınlıq gətirmək üçün bir sıra mənbələrini işə saldı. Nəhayət, bu dəqiqələrdə yığma komandamız üçün olduqca əhəmiyyətli persona sayılan Almeydanın qərarını öyrənə bildik. Futbolçuya yaxın mənbədən əldə etdiyimiz məlumata görə, yarımmüdafiəçi millimizdən imtina etməyib.

 

Bəs, milliləşən futbolçu nəyə görə braziliyalı kimi göstərilib? Məsələ burasındadı ki, 29 yaşlı oyunçu Azərbaycan vətəndaşlığını qəbul edərkən Braziliya pasportundan imtina etməyib. Qazaxıstan klubu da heç bir təxribat xarakterli məqsəd güdmədən iştirak ərizəsində Almeydanın birinci vətənini göstərib. Dolayısı ilə Riçard Azərbaycan vətəndaşlığından imtina etməyib və artıq sentyabrda Millətlər Liqasında millimizin şərəfini qoruyacaq.
 

14 Noyabr 2018
13 Noyabr 2018
B.eÇ.aÇC.aCŞB