TOP 10

FİFA araşdırma aparır: Vidanın bu sözləri qalmaqala səbəb oldu – VİDEO

DÇ-2018
Tarix: 2018-07-08 19:08

FİFA Xorvatiya yığmasının müdafiəçisi Domaqoy Vida barədə araşdırmalara başlayıb. Sport24.az xəbər verir ki, bu barədə dünya futbol qurumunun mətbuat xidməti məlumat yayıb. Buna Türkiyənin “Beşiktaş” klubunun şərəfini qoruyan təcrübəli futbolçunun DÇ-2018-in 1/4 final mərhələsi çərçivəsində Rusiya üzərində qazandıqları qələbədən (2:2, penaltilər 4:3) sonra dediyi sözlər səbəb olub.
 

Belə ki, Vidanın Rusiya oyundan sonra Xorvatiya yığmasının sabiq üzvü Oqnyen Vukoveyiçlə birgə kiçik bir videosu yayılıb. Videoda Domaqoyun “Slava Ukrayna” ifadəsini işlətməsi qalmaqala səbəb olub. Məsələ burasındadı ki, Rusiya ilə Ukrayna arasında siyasi münasibətlər gərgindi. Belə olan halda Vidanın məhz Rusiya üzərində zəfərdən sonra Ukraynanın şərəfinə belə sözlər işlətməsi birmənalı qarşılanmayıb. 


İddiaya görə, Vidaya təxribat xarakterli sözlər işlətdiyinə görə, iki oyunluq cəza, 5 min İsveçrə frankı məbləğində cərimə verilə bilər.


Vida FİFA-nın açıqlamasından dərhal sonra qələbəni Xorvatiya adına qazandıqlarını, heç bir siyasi məqsəd güdmədiyini və sözlərinin zarafat xatirinə deyildiyini bildirib: “Burada siyasi bir məqsəd yoxdu. Görüntü zarafat üçün çəkilib. Ukraynada Kiyev “Dinamo”sunda çıxış etdiyim dönəmdən çoxlu dostlarım var. Başqa heç bir niyyətim yox idi. Rusiya xalqını sevirəm. Bu video isə bir zarafat idi”.



 

19 Sentyabr 2018
18 Sentyabr 2018
B.eÇ.aÇC.aCŞB