TOP 10

Üçüncü dəfə ən yaxşı seçildi

DÇ-2018
Tarix: 2018-07-08 01:26

Rusiyada təşkil olunmuş futbol üzrə dünya çempionatının 1/4 final mərhələsi çərçivəsində keçirilən Rusiya - Xorvatiya matçının ən yaxşı oyunçusu müəyyənləşib. Sport24.az xəbər verir ki, qarşılaşmanın ən yaxşısı Xorvatiya yığmasının yarımmüdafiəçisi Luka Modriç seçilib. Bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.


Qeyd edək ki, Xorvatiya yığması əsas vaxtı 2:2 hesabıyla bitən bu oyunda penaltilərlə qalib gələrək (4:3) yarımfinala yüksəlib. Komandasının qələbəsinə 1 məhsuldar ötürmə ilə töhfə verən Modriç penalti seriyasında da dəqiq zərbə ilə yadda qalıb.


Madrid “Real”ının 32 yaşlı yarımmüdafiəçisi bu mundialda artıq üçüncü dəfə ən yaxşı seçilir. O, Argentinaya 3:0, Nigeriyaya 2:0 hesabıyla qalib gəldikləri oyunlarda da matçın ən yaxşısı olmuşdu.
 

18 Iyul 2018
17 Iyul 2018
B.eÇ.aÇC.aCŞB