TOP 10

"Sabah"ın növbəti transferi Avstriya klubundan oldu

Futbol
Tarix: 2018-07-07 22:36

Topaz Premyer Liqasının debütantı "Sabah" növbəti transferini həyata keçirib. Komandanın baş məşqçisi Elşad Əhmədov Sport24.az-a verdiyi məlumata görə, ötən mövsümü Avstriyanın III divizionunda "Qarabağ Vyana" klubunda keçirən Elvin Bədəlovun keçidini həll etdiklərini bildirib.

 

Əhmədov hələ "Neftçi"nin əvəzedicilərində baş məşqçisi olduğu vaxtda rəhbərliyi altında oynamış mərkəz müdafiəçisinin artıq "Sabah"ın futbolçusu olduğunu söyləyib. Anlaşmanın müddəti 2 ildi. 

 

Xatırladaq ki, 23 yaşlı Bədəlov azərbaycanlı iş adamlarının rəhbərlik etdiyi "Qarabağ Vyana"nın dağılmasından sonra klubsuz qalmışdı. O, "Sabah"ın məşqlərinə qatılandan sonra bu gün "Səbail"lə "Bayıl Arena"da 1:1 hesabıyla nəticələnən yoxlama matçında iştirak edib. 

19 Oktyabr 2018
18 Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB