TOP 10

Almeyda: "Astana"ya keçidimdə Qriqorçukun necə işlədiyimi artıq bilməsi də rol oynadı"

Futbol
Tarix: 2018-07-07 10:18

Azərbaycan milli komandasının futbolçusu Riçard Almeyda "Astana"ya keçidindən sonra Qazaxıstan mətbuatına müsahibə verib. Sport24.az həmin müsahibəni təqdim edir. 

 

- Riçard, Azərbaycanda hamı əmin idi ki, bu yay Avropanın ciddi klublarından birinə keçəcəksiniz. Ən pis halda isə ərəblərin yanına, pul dalınca. Ancaq "Astana"nı seçdiniz. Niyə?

- Bir neçə klubdan təklifi vardı, ancaq ailəmlə birgə qərara aldıq ki, "Astana"ya getmək lazımdı. Çünki bu klub həmişə öz ölkəsində çempionluq və Çempionlar Liqasının, yaxud Avropa Liqasının pley-offa çıxmaq uğrunda mübarizə aparır. Və hər il avrokuboklarda qrup mərhələsində çıxış edir. 

 

- "Astana"nın dəvətində sizi konkret nə maraqlandırdı?

- Məni öz komandalarında real görmək istəmələri və bel bağlamaları. Burda olmağım üçün bütün səylər göstərildi. Buna görə də bura gəlməyi qərara aldım.

 

- Bəzi azərbaycanlı jurnalistlər kimi hesab etmirsiniz ki, sizin üçün "Astana" yerində addımlamaqdı? Sizcə, Qazaxıstan çempionunun sıralarına gəlmək peşəkar karyeranızda irəiyə doğru real addımdı?

- Həyatda hansı qərar qəbul etməyimdən asılı olmayaraq, həmişə irəli gedirəm. Daim irəliyə hərəkət edirəm. Ancaq ən əsası, ailəm həmişə yanımdadı və məni hər şeydə dəstəkləyir. Şadam ki, "Astana"ya gəlmişəm.

 

- Roman Qriqorçuku yaxşı tanıyırsınız?

- Azərbaycanda onun komandasına qarşı çox oynamışam. Bu mütəxəssisi şəxsən tanımırdım, ancaq həmişə bilmişəm ki, çox yaxşı insandı. Bundan əlavə də əla məşqçidi. Keçidimdə o da rol oynadı ki, Roman Qriqorçuk necə işlədiyimi artıq bilirdi.

 

- Qazaxıstan, "Astana"yla bağlı ilkin təəssüratlarınız necədi?

- Çox yaxşı. Bura gəldiyim gündən hamı mənə yaxşı münasibət göstərib. Bundan əlavə, burda çox yaxşı infrastruktur var ki, klubun oyunçularına təqdim olunur. 

 

- Azərbaycanda mövsüm mayda bitib, Qazaxıstanda isə ən qızğın vaxtıdı. Bərpa olunmağa və güc toplamağa imkan tapmısınız? Hazırkı funksional vəziyyətinizi necə dəyərləndirərdiniz?

- Əslində, yüz faiz hazır deyiləm. Çünki problemlərim vardı ki, onlar mənə məşq etməyə imkan vermirdi. Ancaq hər gün fiziki hazırlığımı yaxşılaşdırıram, çox çalışıram. 

 

- Azərbaycan yığmaısyla Astanadakı yoldaşlıq görüşündə niyə oynamadınız? Oyunu görmüsünüz?

- Ona görə oynamırdım ki, topuğaltı su yığılmışdı. Matçı izləməyə imkanım olmadı, çünki həmin vaxt təyyarədə idim. Braziliyaya istirahətə gedirdim.

 

- "Astana"nın son matçlarını görmüsünüz? Komandada öz rolunuzu necə görürsünüz?

- Son 3 qarşılaşmanı görmüşəm. Rolum ondan ibarətdir ki, komanda yoldaşlarıma kömək edim. Əla futbolçularımız var. Mən də daha bir futbolçuyam ki, məqsədə çatmaq naminə işləməyə gəlmişəm. 

 

- "Astana" gələn həftə Çempionlar Liqasının təsnifat mərhələsində start götürür. İlk avrokuboklar matçları üçün sifariş olunacaqsınız?

- Fikrimcə, hə.

 

- "Astana" azarkeşlərinə nəsə demək istəyirsiniz?

- Onları inandırmaq istərdim ki, işləməyi sevən insanam və həmişə kollektivin maraqlarını şəxsi maraqlardan üstün tuturam. Birgə yaxşı nəticələr əldə edə bilərik.

 

19 Iyul 2018
18 Iyul 2018
B.eÇ.aÇC.aCŞB