TOP 10

FİFA İsveçi də cərimə etdi - 60 min avro

DÇ-2018
Tarix: 2018-07-07 09:34

FİFA Rusiyada təşkil olunmuş futbol üzrə dünya çempionatının daha bir iştirakçısını cəzalandırıb. Sport24.az xəbər verir ki, dünya futbol qurumu bu dəfə İsveç yığmasına cəza kəsib. Buna sözügedən komanda üzvlərinin İsveçrə ilə 1/8 final oyununda (1:0) FİFA-nın marketinq qaydalarını kobud şəkildə pozması səbəb olub.


Baş verənlərlə əlaqədar İsveç Futbol Federasiyası 70 min İsveçrə frankı (təxminən 60 min avro) cərimə olunub.


Xatırladaq ki, FİFA oxşar qayda pozuntusuna görə bir gün öncə Xorvatiya Futbol Federasiyasını da cəzalandırmışdı.
 

16 Noyabr 2018
15 Noyabr 2018
B.eÇ.aÇC.aCŞB