TOP 10

İngiltərə və Xorvatiya da yarımfinalda!

DÇ-2018
Tarix: 2018-07-08 00:55

Rusiyada təşkil olunmuş futbol üzrə dünya çempionatı davam edir. Sport24.az xəbər verir ki, bu gün keçirilən son iki 1/4 final matçı ilə bütün yarımfinalçıların adına aydınlıq gəlib.


Öncə İsveç və İngiltərə yığmaları üz-üzə gəlib. İngilislər bu qarşılaşmada 2 cavabsız qolla qalib gəliblər. Nəticədə, DÇ-də finala vəsiqə uğrunda mübarizə aparmaq hüququ qazanan komandalardan biri də İngiltərə olub.


Son olaraq isə DÇ-2018-in təşkilatçısı Rusiya Xorvatiya ilə qarşılaşıb. Hesabı meydan sahibləri açıblar. Lakin xorvatlar bu qola elə ilk yarıdaca cavab veriblər. İkinci hissədə hesab dəyişmədiyindən qalibi müəyyənləşdirmək üçün əlavə vaxta ehtiyac duyulub. Əlavə vaxtda xorvatlar ikinci qolu vuraraq önə keçsələr də, ruslar da növbəti dəfə fərqlənməyə imkan tapıblar. Belədə, yenə qalib penaltilər seriyasında müəyyənləşib. Daha dəqiq oynayan Xorvatiya yığması sonuncu yarımfinalçı olub.


Xatırladaq ki, daha öncə Fransa və Belçika yığmaları yarımfinala vəsiqə qazanmışdı. Beləliklə, finala vəsiqə uğrunda Fransa Belçikayla, İngiltərə isə Xorvatiya ilə mübarizə aparacaq.


DÇ-2018
1/4 final

7 iyul


İsveç - İngiltərə 0:2
Qol: H.Maquayr, 30. D.Alli, 59.
Baş hakim: Byörn Kuypers (Hollandiya).
Samara. “Samara Arena”.


İsveç: 1. Robin Olsen, 3. Viktor Lindelof, 4. Andreas Qrankvist (k), 6. Lüdviq Auqustinsson, 7. Sebastyan Larsson, 8. Albin Ekdal, 9. Markus Berq, 10. Emil Forsberq, 16. Emil Kraft, 17. Viktor Klaesson, 20. Ola Toyvonen.
Ehtiyat oyunçular: 5. Martin Olsson, 11. Con Qvidetti, 12. Karl-Yohan Yonsson, 13. Qustav Svensson, 14. Filip Helander, 15. Oskar Hilyemark, 18. Pontus Yansson, 19. Markus Rohden, 21. Cimmi Durmaz, 22. İsaak Kyese Telin, 23. Kristofer Nordfeldt.
Baş məşqçi: Yanne Andersson.
İngiltərə: 1. Cordan Pikford, 2. Kayl Uolker, 5. Con Stounz, 6. Harri Maquayr, 7. Cessi Linqard, 8. Cordan Henderson, 9. Harri Keyn (k), 10. Rahim Sterlinq, 12. Kiran Trippye, 18. Eşli Yanq, 20. Dele Alli.
Ehtiyat oyunçular: 3. Denni Rouz, 4. Erik Dayer, 11. Ceymi Vardi, 13. Cek Batlend, 14. Denni Uelbek, 15. Qari Keyhill, 16. Fil Cons, 17. Fabian Delf, 19. Markus Reşford, 21. Ruben Loftus-Şik, 22. Trent Aleksandr-Arnold, 23. Nik Pope.
Baş məşqçi: Qaret Sautqeyt.


Rusiya - Xorvatiya 2:2 (penaltilər 3:4)
Qol: D.Çerışev, 31. M.Fernandes, 115 - A.Kramariç, 39. D.Vida, 101.
Baş hakim: Sandro Riççi (Braziliya).
Soçi. “Fişt” stadionu.


Rusiya: 1. İqor Akinfeyev (k), 2. Mario Fernandes, 3. İlya Kutepov, 4. Sergey İqnaşeviç, 6. Denis Çerışev, 7. Daler Kuzyayev, 11. Roman Zobnin, 13. Fyodr Kudryaşov, 17. Aleksandr Qolovin, 19. Aleksandr Səmədov, 22. Artyom Dzyuba.
Ehtiyat oyunçular: 5. Andrey Semyonov, 8. Yuri Qazinski, 9. Alan Dzaqoyev, 10. Fyodr Smolov, 12. Andrey Lunyov, 14. Vladimir Qranat, 15. Aleksey Mirançuk, 16. Anton Mirançuk, 18. Yuri Jirkov, 20. Vladimir Qabulov, 21. Aleksandr Yeroxin, 23. İqor Smolnikov.
Baş məşqçi: Stanislav Çerçesov.
Xorvatiya: 23. Daniel Subaşiç, 2. Şime Vrsalko, 3. İvan Ştriniç, 4. İvan Perişiç, 6. Deyan Lovren, 7. İvan Rakitiç, 9. Andrey Kramariç, 10. Luka Modriç (k), 17. Mario Mandzukiç, 18. Ante Rebiç, 21. Domaqoy Vida.
Ehtiyat oyunçular: 1. Dominik Livakoviç, 5. Vedran Çorluka, 8. Mateo Kovaçiç, 11. Marselo Brozoviç, 12. Lovre Kaliniç, 13. Tin Yedvay, 14. Filip Bradariç, 15. Duye Kaleta-Kar, 19. Milan Badel, 20. Marko Pyaça, 22. Yosip Pivariç.
Baş məşqçi: Zlatko Daliç.

19 Sentyabr 2018
18 Sentyabr 2018
B.eÇ.aÇC.aCŞB