TOP 10

Uruqvay - Fransa matçının ən yaxşısı

DÇ-2018
Tarix: 2018-07-06 20:21

Rusiyada təşkil olunmuş futbol üzrə dünya çempionatının 1/4 final mərhələsi çərçivəsində keçirilən Uruqvay - Fransa matçının ən yaxşı oyunçusu müəyyənləşib. Sport24.az xəbər verir ki, qarşılaşmanın ən yaxşısı Fransa yığmasının hücumçusu Antuan Qrizmann seçilib. Bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.


Qeyd edək ki, Fransa yığması bu oyunda 2:0 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. Komandasının ikinci qolunu Qrizmann vurub.


Bu, Antuanın sözügedən mundialda ikinci oxşar uğurudu. Madrid “Atletiko”sunun üzvü Avstraliya üzərində 2:1 hesablı qələbəyə sevindikləri oyunda da matçın ən yaxşısı elan edilmişdi.
 

CBCsport
04 Iyun 2020
03 Iyun 2020
B.eÇ.aÇC.aCŞB