TOP 10

Qızı dünyaya gəldi, millidən ayrılmadı - 1/4 finala görə

DÇ-2018
Tarix: 2018-07-06 16:50

Futbol üzrə İsveç yığmasının kapitanı Andreas Qrankvist göstərdiyi fədakarlıqla diqqət mərkəzinə düşüb. Sport24.az xəbər verir ki, 33 yaşlı futbolçu Rusiyada təşkil olunan dünya çempionatının 1/4 final mərhələsi çərçivəsində İngiltərə ilə oyun öncəsi övladının dünyaya gəldiyinə dair xəbər alsa da, komandasının düşərgəsini tərk etməyib.


Andreas həyat yoldaşı Sofiya Qrankvistin uşaq dünyaya gətirəcəyini bilə-bilə, millinin düşərgəsində qalmağa qərar verib. Şad xəbəri Sofiya bu gün səhər saatlarında sosial şəbəkə hesabından yayıb. O, Mika adlı uşaqlarının olduğunu açıqlayıb. Bir neçə saat sonra futbolçu özü də uşaqlarının sağlam şəkildə dünyaya gəlməsinin sevincini hər kəslə paylaşıb.


1994-cü ildən sonra ilk dəfə DÇ-də 1/4 finala çıxan İsveç yığmasında kapitan Qrankvistin də xüsusi payı var. O, bu mundialda iki qola imza atıb.


Xatırladaq ki, İsveç və İngiltərə yığmaları arasındakı oyun sabah keçiriləcək və Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
 

18 Iyul 2019
17 Iyul 2019
B.eÇ.aÇC.aCŞB