TOP 10

Braziliya yığmasında itki - DÇ ilə erkən vidalaşdı

DÇ-2018
Tarix: 2018-07-06 14:39

Futbol üzrə Braziliya yığması Rusiyada təşkil olunmuş dünya çempionatının 1/4 final mərhələsi çərçivəsində qarşılaşacağı Belçika ilə oyun öncəsi ciddi itki ilə üzləşib. Sport24.az xəbər verir ki, komandanın müdafiəçisi Danilo sıradan çıxıb.

26 yaşlı futbolçu ötən gün baş tutan məşq zamanı ayağından zədə alıb. Müayinələr nəticəsində onun zədəsinin ciddi olduğu və mundialı erkən başa vurduğu müəyyənləşib. Komandası hətta finala yüksəlsə belə, həkimlər onun həmin vaxta qədər sıraya dönməsinin mümkünsüz olduğunu bildiriblər.


Zədəyə baxmayaraq, Danilo yığmanın düşərgəsini tərk etməyəcək. “Mançester Siti”nin şərəfini qoruyan futbolçu komandasını dəstəkləmək üçün sonadək düşərgədə qalacaq, müalicəsini də elə Rusiyada davam etdirəcək.
 

18 Iyul 2019
B.eÇ.aÇC.aCŞB