TOP 10

FİFA Rusiya ilə oyun öncəsi Xorvatiyanı cəzalandırdı

DÇ-2018
Tarix: 2018-07-06 10:22

FİFA Rusiyada təşkil olunmuş dünya çempionatında mübarizə aparan Xorvatiya yığmasını cəzalandırıb. Sport24.az xəbər verir ki, bu barədə dünya futbol qurumunun mətbuat xidməti məlumat yayıb. 


Məlumatda bildirilir ki, xorvatlar DÇ-2018-in 1/8 final mərhələsi çərçivəsində qarşılaşdıqları Danimarka ilə oyunda FİFA-nın marketinq qaydalarını pozublar. Xüsusilə komandasının bu oyunda qazandığı uğurda əsas pay sahiblərindən biri olan qapıçı Daniel Subaşiçin nəzərdə tutulmamış geyimdən istifadə etməsi cəzanı qaçılmaz edib. Buna görə Xorvatiya Futbol Federasiyası 70 min İsveçrə frankı məbləğində cərimə olunub.


Xatırladaq ki, əsas vaxtı 1:1 hesabıyla bitən həmin oyunda xorvatlar penalti seriyasında qalib gələrək 1/4 finala vəsiqə qazanıblar. Xorvatiya yığması növbəti mərhələdə mundialın təşkilatçısı Rusiya ilə üz-üzə gələcək. Bu oyun iyulun 7-də Soçidə baş tutacaq.
 

21 May 2019
20 May 2019
B.eÇ.aÇC.aCŞB