TOP 10

Fransa və Belçika yarımfinalda!

DÇ-2018
Tarix: 2018-07-06 23:53

Rusiyada təşkil olunmuş futbol üzrə dünya çempionatı davam edir. Sport24.az xəbər verir ki, bu gün DÇ-2018-in 1/4 final mərhələsinə start verilib.


İlk yarımfinalçının adına Uruqvay - Fransa matçında aydınlıq gəlib. DÇ-nin əsas favoritlərindən sayılan fransızların bu ehtimalları nə dərəcədə doğruldacağı maraq doğururdu. Qarşılaşma sonda məhz Avropa təmsilçisinin xeyrinə başa çatıb. Nəticədə, Fransa yığması ilk yarımfinalçı olub.


Günün digər oyunu Braziliya və Belçika yığmaları arasında baş tutub. Bu görüşdə də beşqat dünya çempionlarının şansları daha yüksək qiymətləndirilirdi. Amma Belçika yığması bu dəfə də möhtəşəm oyun sərgiləməklə sürpriz bir şəkildə Braziliyanı mübarizədən kənarlaşdıraraq, yarımfinalda Fransaya rəqib olub.


DÇ-2018
1/4 final

6 iyul


Uruqvay - Fransa 0:2
Qol: R.Varan, 40. A.Qrizmann, 61.
Baş hakim: Nestor Pitana (Argentina).
Nijni Novqorod. “Nijni Novqorod” stadionu.


Uruqvay: 1. Fernando Muslera, 2. Xose Ximenes, 3. Dieqo Qodin (k), 6. Rodriqo Bentankur, 8. Nahitan Nandes, 9. Luis Suares, 11. Kristian Stuani, 14. Lukas Torreyra, 15. Matias Vesino, 17. Dieqo Laksalt, 22. Martin Kaseres.
Ehtiyat oyunçular: 4. Gilyermo Varela, 5. Karlos Sançes, 7. Kristian Rodriqes, 10. Giorgian de Arraskaeta, 12. Martin Kampana, 13. Qaston Silva, 16. Maksimiliano Pereyra, 18. Maksimiliano Qomes, 19. Sebastyan Koates, 20. Conatan Urretavisvkaya, 23. Martin Silva.
Baş məşqçi: Oskar Tabares.
Fransa: 1. Huqo Loris, 2. Benjamin Pavar, 4. Rafael Varan, 5. Samuel Umtiti, 6. Pol Poqba, 7. Antuan Qrizmann, 9. Olivye Jiru, 10. Kilian Mbappe, 12. Korentin Tolisso, 13. Nqolo Kante, 21. Lukas Ernandes.
Ehtiyat oyunçular: 3. Presnel Kimpembe, 8. Tomas Lemar, 11. Usman Dembele, 15. Stiven Nzonzi, 16. Stiv Mandanda, 17. Adil Rami, 18. Nabil Fekir, 19. Cibril Sidibe, 20. Florian Toven, 22. Benjamin Mendi, 23. Alfonse Areola.
Baş məşqçi: Didye Deşam.


Braziliya - Belçika 1:2
Qol: R.Auqusto, 76 - Fernandinyo, 13-avtoqol. K.D.Breyne, 31.
Baş hakim: Milorad Majiç (Serbiya).
Kazan. “Kazan Arena”.


Braziliya: 1. Alisson Bekker, 2. Tyaqo Silva, 3. Miranda (k), 9. Qabriel Xesus, 10. Neymar, 11. Filippe Koutinyo, 12. Marselo, 15. Paulinyo, 17. Fernandinyo, 19. Villian, 22. Faqner.
Ehtiyat oyunçular: 4. Pedro Jeromel, 6. Filipe Luis, 7. Duqlas Kosta, 8. Renato Auqusto, 13. Markinyos, 16. Kassio, 18. Fred, 20. Roberto Firmino, 21. Tayson, 23. Ederson.
Baş məşqçi: Tite.
Belçika: 1. Tibo Kurtua, 2. Tobi Alderveyreld, 4. Vinsen Kompani, 5. Yan Vertongen, 6. Aksel Vitsel, 7. Kevin de Breyne, 8. Maruan Fellaini, 9. Romelu Lukaku, 10. Eden Azar (k), 15. Tomas Munye, 22. Naser Şadli.
Ehtiyat oyunçular: 3. Tomas Vermaelen, 11. Yannik Karrasko, 12. Simon Minolye, 13. Kun Kastels, 14. Dris Mertens, 16. Torqan Azar, 17. Yuri Tilemans, 18. Adnan Yanuzay, 19. Mussa Dembele, 20. Dedrik Boyata, 21. Miçi Batşuayi.
Baş məşqçi: Roberto Martines.

CBCsport
04 Iyun 2020
03 Iyun 2020
B.eÇ.aÇC.aCŞB