TOP 10

Bu gün Azərbaycan çempionunun rəqibləri müəyyənləşəcək

Futzal
Tarix: 2018-07-05 09:30

Bu gün saat 16:15-də futzal üzrə UEFA Çempionlar Liqasında ilkin və əsas mərhələnin püşkü atılacaq. Dörd ölkə ilk dəfə olaraq 2 klubla yarışda iştirak edəcək. İspaniya, Portuqaliya və Rusiya ən yüksək reytinqə sahib olduqlarına görə bu hüquqa yiyələniblər. Qazaxıstanın iki təmsilçi ilə qatılmasında İspaniya “İnter”inin yarışın son qalibi olmasının rolu danılmazdı. Məhz bu komanda ölkəsinin çempionu olduğuna görə, Qazaxıstanın vitse-çempionu da güclülər sırasına qoşulub. Belə ki, turnirin son qalibi daxili çempionatı ilk 2 pillədə başa vura bilməzsə, o zaman həmin ölkə Çempionlar Liqasında 3 komandayla təmsil oluna bilər. “İnter” İspaniya çempionluğunu da qazanıb və belədə bu ölkəni bu komanda ilə bərabər “Barselona” təmsil edəcək.

 

Püşkatma və oyun günləri:

5 iyul. İlkin və əsas mərhələnin püşkatması. Nyon. Saat 16:15
28 avqust – 2 sentyabr. İlkin mərhələnin oyun günləri
2-7 oktyabr. Əsas mərhələnin oyun günləri
12 oktyabr. Elit-raundun püşkatma mərasimi. Nyon. Saat 16:00
13-18 noyabr. Elit-raundun oyun günləri
2019-cu ilin əvvəli. Final mərhələsinin püşkatması
25 və ya 26 apreli. Yarımfinal oyunları
27 və ya 28 aprel. Final və üçüncü yer uğrunda oyun

 

İlkin mərhələdə 34 komandanın iştirakı gözlənilir. Burdan əsas mərhələyə 9 qrup qalibi yüksələcək. Yəni ilkin mərhələdə çıxış edən komandalardan heç biri əsas mərhələdə iştirak etmədən elit-raunda yüksəlməyəcək.

 

Əsas mərhələdə isə 32 komanda yarışacaq. Püşk zamanı komandalar iki səbətə bölünəcək. A səbətində 1-dən 11-dək və 16-dan 19-dək qərarlaşan, B səbətində 12-dən 15-ə, 20-dən 22-yə və ilkin mərhələdən yüksələcək 9 komanda yer alacaq.

 

İştirakçılar yenə hər birində 4 komanda olmaqla eynisayda qruplara bölünəcəklər. A səbətində yer alan komandaların bölündüyü qruplardan 3, B səbətindəki komandaların qərarlaşdığı qruplardan isə ancaq birinci yerin sahibi elit-raundda iştirak etmək hüququ qazanacaq. Elit-raundda 16 komanda 4 qrupda mübarizə aparacaq. A səbətində yer alan qrupların qalibləri elit-raundda hər biri bir qrupun ilk sakini olacaq. İkinci pillədə başa vuranlar da növbəti mərhələdə püşlə düşəcəkləri qrupda ikinci yerdə qərarlaşacaq. Ancaq əsas mərhələni eyni qrupda keçirən və ilk iki pilləni tutan komandalar elit-raundda bir qrupda yer almayacaqlar. “Dördlər finalı”na isə qrup qalibləri yüksələcək.

 

Səbətləri diqqətinizə çatdırırıq:

 

İlkin mərhələ
1-ci səbət

“İnformatika Timişoara” (Rumuniya)
“Mostar” (Bosniya və Herseqovina)
“Veles” (Makedoniya)
Hohenstein Ernstthal (Almaniya)
Record Bielsko-Biała (Polşa)
Uddevalla (İsveç)
Dinamo (Moldova)
Vytis (Litva)
Allstars Wiener Neustadt (Avstriya)

 

2-ci səbət
Encamp (Andorra)
Racing (Lüksemburq)
Kosmos Tallinn (Estoniya)
Murata (San Marino)
Vattcell (Şotlandiya)
Belfast Yunayted (Şimali İrlandiya)
Vangir Jupiters (İslaniya)

 

3-cü səbət
Çelik NK (Monteneqro)
La Chaux-de-Fonds (İsveçrə)
Türkiyə çempionu
Makkabi Nahalat Yitzhak Tel-Aviv (İsrail)
Tirana (Albaniya)
Futsamba Naas (İrlandiya)
Kardiff University (Uels)

 

4-cü səbət
Kampuksen Dynamo (Finlandiya)
Futsal Gentofte (Danimarka)
Valletta (Malta)
Varna City (Bolqarıstan)
Doukas SAC (Yunanıstan)
Reading Futsal Club (İngiltərə)
Lynx FC (Cəbəllütariq)

 

5-ci səbət
Leo Futsal Club (Ermənistan)
Hovocubo (Hollandiya)
TMC Tbilisi (Gürcüstan)
Sandefjord (Norveç)

 

Əsas mərhələ

B səbəti
6-cı səbət

Nikars Riga (Latviya)
Novo Vrijeme Makarska (Xorvatiya)
APOEL (Kipr)
Luçenec (Slovakiya)

 

7-ci səbət
İlkin mərhələnin A qrupunun qalibi

 

8-ci səbət
A&S Futsal Pescara (İtaliya)
Araz (AZƏRBAYCAN)
Aktobe (Qazaxıstan)

 

A səbəti

9-cu səbət
Ekonomac Kragujevac (Serbiya)
Halle-Gooik (Belçika)
Dobovec (Sloveniya)
Feniks (Kosovo)

 

10-cu səbət
MFC Kherson (Ukrayna)
Kremlin-Bicetre United (Fransa)

 

11-ci səbət
Sibiryak (Rusiya)
EP Chrudim (Çexiya)
LSM Lida (Belarus)

 

12-ci səbət
Benfica (Portuqaliya)
Kayrat (Qazaxıstan)
Győr (Macarıstan)

 

14-cü səbət
İnter FS (İspaniya)
Sporting CP (Portuqaliya)
Qazprom-Yuqra (Rusiya)
Barselona (İspaniya)

22 Sentyabr 2018
21 Sentyabr 2018
B.eÇ.aÇC.aCŞB