TOP 10

Linekerin rekordunu təkrarladı - Keyn

DÇ-2018
Tarix: 2018-07-04 13:01

Futbol üzrə İngiltərə yığmasının hücumçusu Harri Keyn bu komandanın əfsanəvi futbolçusu Qari Linekerin rekordunu təkrarlayıb. Sport24.az xəbər verir ki, söhbət İngiltərə yığmasının heyətində bir dünya çempionatında vurulmuş qol sayından gedir.

Lineker DÇ-1986-da Britaniya təmsilçisinin heyətində 6 qola imza atmışdı. Lakin Harri Keyn DÇ-2018-də onun bu uğurunu 1/8 final matçındaca təkrar edib. İngiltərə yığmasının 1/4 finala yüksəldiyini nəzərə alsaq, onun qol sayını artıraraq, Linekeri geridə qoyması da mümkündü.


Qeyd edək ki, Keyn DÇ-2018-də bombardirlər yarışında da liderlik edir. 6 qol vurmuş “Tottenhem”li futbolçunun əsas izləyiciləri belçikalı Romelu Lukaku və portuqaliyalı Kristiano Ronaldodu. Kilian Mbappe (Fransa), Edinson Kavani (Uruqvay), Denis Çerışev (Rusiya), Artyom Dzyuba (Rusiya) və Dieqo Kostanın (İspaniya) hesabında isə 3 qol var.
 

17 Iyul 2019
B.eÇ.aÇC.aCŞB