TOP 10

Polşa yığmasında Navalka dönəmi başa çatdı

DÇ-2018
Tarix: 2018-07-04 12:05

Futbol üzrə Polşa yığmasının baş məşqçisi Adam Navalka ilə yollar ayrılıb. Sport24.az xəbər verir ki, bu barədə Polşa Futbol Federasiyası məlumat yayıb. 


Məlumatda bildirilir ki, müqaviləsinin müddəti iyulun sonunda başa çatacaq 60 yaşlı mütəxəssislə yeni anlaşma imzalanmayacaq. Federasiya rəhbərliyinin artıq yeni baş məşqçi axtarışına başladığı da vurğulanıb.


Qeyd edək ki, Adam Navalka Polşa yığmasını 2013-cü ildən etibarən çalışdırırdı. Lakin Rusiyada təşkil olunmuş DÇ-2018-də bu komandanın uğursuz çıxışı təcrübəli mütəxəssisin istefası ilə nəticələnib. D qrupunda yer alan polşalılar Seneqala 1:2, Kolumbiyaya 0:3 hesabıyla uduzub, Yaponiyaya 1:0 hesabıyla qalib gəlsələr də, qrup sonuncusu oldular.
 

17 Iyul 2019
B.eÇ.aÇC.aCŞB