TOP 10

DÇ-2018: Üçüncü dəfə ən yaxşı seçildi

DÇ-2018
Tarix: 2018-07-04 01:52

Futbol üzrə dünya çempionatının 1/8 final mərhələsi çərçivəsində keçirilmiş Kolumbiya - İngiltərə matçının ən yaxşı oyunçusu müəyyənləşib. Sport24.az xəbər verir ki, qarşılaşmanın ən yaxşısı İngiltərə yığmasının hücumçusu Harri Keyn seçilib. Bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.


Qeyd edək ki, İngiltərə yığması əsas vaxtı 1:1 hesabıyla bitən bu oyunda penaltilərlə 4:3 qalib gələrək 1/4 finala yüksəlib. Komandasının oyundakı yeganə qolunu da məhz Keyn vurub və mundialdakı qollarının sayını 6-ya çatdırıb.


“Tottenhem”in forvardı DÇ-2018-də bomardirliklə yanaşı, ən yaxşı oyunçu seçilmək baxımından da rekorçudu. O, artıq üçüncü dəfədi bu mundialda matçın ən yaxşısı seçilir. Keyn daha öncə Tunis və Panama ilə oyunlarda da matçın ən yaxşı futbolçusu olmuşdu.
 

18 Iyul 2019
17 Iyul 2019
B.eÇ.aÇC.aCŞB