TOP 10

Lövün Almaniya millisində gələcək taleyi ilə bağlı qərar verildi

DÇ-2018
Tarix: 2018-07-03 22:11

Almaniya millisinin baş məşqçisi Yoahim Lövün gələcək taleyinə aydınlıq gəlib. Sport24.az xəbər verir ki, 57 yaşlı almaniyalı mütəxəssis postunda fəaliyyətini davam etdirəcək.

 

Bu haqda Almaniya Futbol İttifaqının prezidenti Raynhard Qrindel məlumat verib. Qurum rəhbərliyi Bundestimin mundialda pley-offa çıxa bilməməsindən sonra baş məşqçiylə yığmadakı gələcək perspektivi müzakirə edib. Bu görüşdən sonra Qridel bildirib ki, Lövün əvvəlkitək Almaniya yığmasının düzgün baş məşqçisi olmasına əmindirlər. 

 

Löv bu ilin mayında milliylə müqaviləsini 2022-ci ilədək uzadıb. Onun əsas məqsədi AVRO-2020-də qələbə olacaq.

 

Xatırladaq ki, Almaniya mundialda qrupda sonuncu yeri tutaraq tarixində ilk dəfə pley-offa çıxmayıb. 

 

20 Avqust 2019
19 Avqust 2019
B.eÇ.aÇC.aCŞB