TOP 10

"Səbail" yay transferiylə müqaviləsini pozdu

Futbol
Tarix: 2018-07-03 18:29

“Səbail” yay fasiləsində "Zirə"dən transfer etdiyi Orxan Əliyevlə yollarını ayırıb. Klubun mətbuat xidmətinin rəhbəri Tora Əhmədova Sport24.az-a verilən məlumata görə, müqavilə imzalamış 23 yaşlı yarımmüdafiəçi klubun məşqçilər korpusuna müraciət edərək səhhəti ilə bağlı problemi olduğunu bildirib.

 

Müayinə nəticəsində futbolçunun diz nahiyəsində həqiqətən zədə olduğu aşkarlanıb. Nəticədə qarşılıqlı razılıq əsasında “Səbail”lə Orxan arasında mövcud müqaviləyə xitam verilib.

 

Qeyd edək ki, Əliyevlə bağlanmış müqavilənin müvafiq bəndinə əsasən futbolçunun tibbi müayinəsinin nəticəsi müsbət olduğu təqdirdə müqavilə hüquqi qüvvəyə minir. Ötən müddət ərzində Orxanın “Səbail”da tibbi müayinədən keçməməsinin səbəbi müqavilənin imzalanmasından dərhal sonra futbolçunun şəxsi işləri ilə əlaqədar ölkə xaricinə yollanması olub.

 

 

09 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB