TOP 10

DÇ-1970-dən sonra ilk dəfə

DÇ-2018
Tarix: 2018-07-03 15:19

Rusiyada təşkil olunmuş futbol üzrə dünya çempionatının 1/8 final mərhələsi çərçivəsində Yaponiya üzərində 3:2 hesablı qələbə qazanaraq 1/4 finala yüksələn Belçika yığması 48 illik fasilədən sonra bir ilkə imza atıb. Sport24.az xəbər verir ki, ilk yarısı qolsuz bitən görüşün ikinci hissəsi başlayan kimi irəli atılan yaponlar ardıcıl iki qol vurmağa nail oldular. Amma Asiya təmsilçisi bu üstünlüyünü sonadək qoruya bilmədi. Qalan dəqiqələrdə ardıcıl üç qola imza atan avropalılar meydanı 3:2 hesablı qələbə ilə tərk etdilər.

Belə bir əzmkar qələbəyə isə dünya çempionatlarında uzun müddət idi rast gəlinmirdi. Sonuncu dəfə 2 qol buraxdıqdan sonra oyunda dönüş yaratmağı bacaran komanda Almaniya yığması olmuşdu. 1970-ci ildə İngiltərə ilə görüşdə 0:2 hesabıyla geridə olan almanlar sonda meydanı məhz 3:2 hesablı qələbə ilə tərk etmişdilər.

Qeyd edək ki, Belçika 1/4 finalda Braziliya ilə qarşılaşacaq.
 

21 May 2019
20 May 2019
B.eÇ.aÇC.aCŞB