TOP 10

Komandası uduzsa da, ən yaxşı seçildi

DÇ-2018
Tarix: 2018-07-02 01:18

Rusiyada təşkil olunan futbol üzrə dünya çempionatının 1/8 final mərhələsi çərçivəsində bu gün keçirilmiş Xorvatiya - Danimarka matçının ən yaxşı oyunçusu müəyyənləşib. Sport24.az xəbər verir ki, qarşılaşmanın ən yaxşısı Danimarka yığmasının qapıçısı Kasper Şmeyxel seçilib.

Bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.


Qeyd edək ki, Danimarka yığması əsas vaxtı 1:1 hesabıyla başa çatan bu oyunda penaltilər seriyasında uduzaraq (2:3) mübarizəni dayandırıb. Amma Şmeyxel bu görüşün əsas vaxtında 1, penaltilər seriyasında isə 2 penalti zərbəsini dəf etməklə qəhrəmana çevrilə bilib.
 

06 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB