TOP 10

FİFA Mərakeş, Serbiya və Meksikanı cəzalandırdı

DÇ-2018
Tarix: 2018-07-01 11:30

FIFA Mərakeş Futbol Federasiyasını 65 min frank, Serbiya Futbol İttifaqını isə 20 min frank məbləğində cərimələyib. Sport24.az xəbər verir ki, dünya futbol qurumu Mərakeş Futbol Federasiyasını komandanın dünya çempionatının qrup mərhələsinin 3-cü turu çərçivəsində İspaniya millisinə qarşı keçirdiyi oyundan sonra baş vermiş neqativ hallara görə 65 min İsveçrə frankı məbləğində cərimələmək haqda qərar çıxarıb.


İspaniya - Mərakeş oyunu 2:2 hesabı ilə başa çatıb. Mərakeş futbol federasiyası bir neçə qayda pozuntusuna görə cəzalanıb:


- Final fitindən sonra texniki heyətin altı üzvü qaçaraq meydana daxil olublar;

- Texniki zonada nəzərdə tutulmuş 11 nəfər əvəzinə 13 nəfər olub;

- Mərakeşli azarkeşlər meydana müxtəlif əşyalar atıblar.


Bundan başqa, FIFA Serbiya Futbol İttifaqına 20 min İsveçrə frankı məbləğində cəza kəsib. Buna səbəb komandanın oyunlarından birində qaldırılmış siyasi bannerdir. 


Meksika Futbol Federasiyası isə 15 min İsveçrə frankı məbləğində cərimə ödəməli olacaq. Səbəb komandanın İsveç millisinə qarşı keçirdiyi 3-cü tur oyununda oyunda (0:3) meksikalı azarkeşlərin meydana müxtəlif əşyalar atmasıdı.
 

CBCsport
14 Dekabr 2019
13 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB