TOP 10

Avropa birinciliyinin ilk günündə 2 medal

Cüdo
Tarix: 2018-06-29 12:56

Bosniya və Herseqovinanın Sarayevo şəhərində yeniyetmə cüdoçular arasında Avropa birinciliyinə start verilib. Sport24.az xəbər verir ki, yarışın ilk günü Azərbaycan cüdoçuları üçün uğurlu olub. Millimizin iki üzvü qitə birinciliyində fəxri kürsüyə qalxıb.


60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Mətin Rzazadə gümüş medal qazanıb. 50 kq çəki dərəcəsində yarışa qatılan Mirağa Hacıyev isə bürünc medala sahib olub.


Qeyd edək ki, 42 ölkədən 457 idmançının (255 oğlan, 202 qız) mübarizə apardığı qitə birinciliyində Azərbaycan milli komandası 16 cüdoçu (10 oğlan, 6 qız) ilə təmsil olunur.
 

16 Noyabr 2018
15 Noyabr 2018
B.eÇ.aÇC.aCŞB