TOP 10

Cavid İmamverdiyevə Rusiya Premyer Liqasından təklif: RƏFİYEV TƏSDİQLƏDİ - EKSKLÜZİV

Futbol
Tarix: 2018-06-27 12:30

Son Topaz Premyer Liqasının ən yaxşı futbolçusu Cavid İmamverdiyev legioner həyatı yaşaya bilər. Sport24.az-ın əldə etdiyi eksklüziv məlumata görə, milli komandamızın oyun qurucusu Rusiya Premyer Liqası klublarından birinin diqqətini çəkib.

 

Komandanın adını öyrənə bilməsək də, “Sumqayıt”ın “10 nömrəsi”nə dair dəvətin olub-olmamasına aydınlıq gətirmək mümkün oldu. “Gənclik şəhəri” təmsilçisinin prezidenti Riad Rəfiyevlə əlaqə saxladıqda həmsöhbətimiz informasiyamızı təsdiqlədi:

 

“Həqiqətən Cavidlə bağlı rəsmi təklif almışıq. Bu da həqiqətdi ki, Rusiya Premyer Liqası təmsilçisidi. Bildiyiniz kimi, İmamverdiyev müqavilə ilə “Sumqayıt”a məxsusdu. Hazırda danışıqlar gedir və Rusiya tərəfinin xahişi bu olub ki, məsələyə son qoyulmayanadək, kimin maraq göstərməsini bildirməyək. Düşünürəm ki, bu həftənin sonunadək yekun qərar veriləcək”.
 

18 Sentyabr 2018
17 Sentyabr 2018
B.eÇ.aÇC.aCŞB