TOP 10

“Qarabağ” fransalı vingeri transfer edir - EKSKLÜZİV

Futbol
Tarix: 2018-06-25 01:21

“Qarabağ” sabah fransalı futbolçu ilə  müqavilə bağlayacaq. Sport24.az-ın əldə etdiyi  eksklüziv məlumata görə, bu, mərakeşəsilli vinger Abdulla Zobirdir. 

 

Fransanın Lill şəhərində doğulan oyunçu karyerasına da burada başlayıb. O, peşəkar karyerasında ilk addımlarını “Qrenobl”da atıb. Daha sonra isə Zobir “İstr” klubunda çıxış edib. 

 

Yarımmüdafiəçi futbolçu karyerasında ilk legioner həyatını Şotlandiyada yaşayıb. “Hibernian”da oyanayan Zobir 2015-ci ildə Rumıniyaya yollanıb. Bir il ərzində “Petrolul”da oynadıqdan sonra o, vətəninə dönüb. 2016-cı ildə “Lans”a qoşulan 27 yaşlı vingerin müqaviləsi 2018-ci ildə bitib. 

 

Qeyd edək ki, Zobir Azərbaycan çempionunun sıralarına azad agent statusu ilə qoşulacaq.
 

15 Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB