TOP 10

Bottas Bəhreyn Qran Pri-sinə ilk sırada başlayacaq

Formula
Tarix: 0000-00-00 00:00

Formula1-in 68-ci mövsümünündə üçüncü yarış olan Bəhreyn Qran Pri-sində sıralama turu keçirilib. Sport24.az xəbər verir ki, turun qalibi "Mercedes"in finlandiyalı pilotu Valtteri Bottas olub.

27 yaşlı pilot 1 dəqiqə 28.769 saniyəlik nəticə göstərib.

Avstraliya və Çində sıralama turunun qalibi olan Bottasın komanda yoldaşı Luis Hamilton isə 1 dəqiqə 28.792 saniyəlik nəticə ilə ikinci olub.

İlk "onluq" belə müəyyənləşib:

1. Valtteri Bottas (Mercedes) 1.28.769
2. Luis Hamilton (Mercedes) 1.28.792
3. Sebastian Vettel (Ferrari) 1.29.247
4. Daniel Rikkiardo (Red Bull Racing) 1.29.545
5. Kimi Raykkonen (Ferrari) 1.29.567
6. Maks Verstappen (Red Bull Racing) 1.29.687
7. Niko Hulkenberq (Renault) 1.29.842
8. Felipe Massa (Williams Mercedes) 1.30.074
9. Romain Grosjean (Haas Ferrari) 1.30.763
10. Jolyon Palmer (Renault) 1.31.074

Qeyd edək ki, Qran Pri-nin əsas yarışı bu gün saat 19:00-da start götürəcək.

24 May 2018
23 May 2018
B.eÇ.aÇC.aCŞB