TOP 10

Dabo seçimini Sport24.az-a açıqladı: "2 gün sonra gələrək onlarla müqavilə imzalayacam"

Futbol
Tarix: 2018-06-14 19:12

Topaz Premyer Liqasında son mövsümün bombardiri olan fransalı futbolçu Baqali Dabonun gələcək karyerasına tam aydınlıq gəlib. 28 yaşlı hücumçu Sport24.az-a açıqlamasında klub seçimini etdiyini bildirib.

 

Belə ki, Dabonun sözlərinə görə, "Neftçi"dən də təklifi olsa da, sonda "Qəbələ" qalmağa qərar verib: "Agentim mənə zəng elədi və dedi ki, "Qəbələ" ilə razılaşdıq. 2 gün sonra gələrək onlarıa müqavilə imzalayacam".

 

Hazırda Azərbaycandan kənarda istirahətdə olan Baqali 2016-cı ilin yayında keçdiyi "Qəbələ"ylə müqaviləsi başa çatıb. 

 

MEHMAN SÜLEYMANOV

15 Avqust 2018
14 Avqust 2018
B.eÇ.aÇC.aCŞB