TOP 10

"Səbail"dən icarədən qayıdan legionerlə bağlı qərar verildi

Futbol
Tarix: 2018-06-14 19:00

Slovakiyanın "Jilina" klubu "Səbail"dən icarədən qayıdan moldovalı legioner Yevgeni Koçukla bağlı qərarını verib. Sport24.az xəbər verir ki, komandanın yeni baş məşqçisi Yaroslav Kentoş gənc yarımmüdafiəçiyə növbəti mövsümün ilk hazılrıq mərhələsində yer verib. 

 

Nəticədə o, 5 yoxlama oyununda iştirak edəcək. "Jilina" iyunun 21-də start götürəcək yeni çempionata hazılrığa bu gündən yeni baş məşqçisinin rəhbərlyi altında başlayacaq. Komanda ötən çempionatda 4-cü yeri tutaraq avrokuboklardan kənarda qalıb.

 

Xatırladaq ki, Koçuk 2016-cı ilin oktyabrından çıxış etdiyi "Jilina"yla debüt mövsümündə ölkə çempionu olub. O, ötən mövsümün ikinci yarısını icarədə keçirdiyi "Səbail"də 13 oyunda 2 qol vurub. 


 

17 Iyun 2018
16 Iyun 2018
B.eÇ.aÇC.aCŞB