TOP 10

Azərbaycan kayakçısı Avropa Oyunlarına lisenziya qazandı

Digər
Tarix: 2018-06-14 18:11

Azərbaycanın qadın kayakçısı Marina-Lorena Manolika 2019-cu ildə Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarına lisenziya qazanıb. Sport24.az xəbər verir ki, 23 yaşlı idmançı bu nailiyyətə Serbiyanın paytaxtı Belqradda keçirilmiş Avropa çempionatında imza atıb.

1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə 40,579 saniyə nəticə göstərən Manolika 12-ci yeri tutaraq, lisenziya normasını yerinə yetirib.


Kişi kayakçıların yarışında isə Mirnazim Cavadov 1 nəfərlik qayıqla 500 metr məsafəyə yürüşdə finişə 1 dəqiqə 41,922 saniyəyə çataraq, 14-cü yeri tutub. Oyunlara lisenziya verən 200 metr məsafəyə yürüşdə isə 26 yaşlı idmançı yarımfinal səddini adlaya bilməyib.


Qeyd edək ki, II Avropa Oyunları gələn il 20 - 30 iyunda keçiriləcək.

16 Avqust 2018
15 Avqust 2018
B.eÇ.aÇC.aCŞB