TOP 10

Demba Banın yeni klubu bəlli oldu

Dünya Futbolu
Tarix: 2018-06-14 15:32

Futbol üzrə Seneqal yığmasının və “Beşiktaş”ın sabiq hücumçusu Demba Banın yeni klubu müəyyənləşib. Sport24.az xəbər verir ki, son mövsümü Türkiyənin “Göztəpə” klubunda keçirmiş 33 yaşlı futbolçu bundan sonra Çin çempionatında çıxış edəcək. O, bu ölkənin “Şanxay Şenxua” klubu ilə anlaşıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.


Ba 2015-ci ildə transfer olunduğu bu kluba ikinci dəfə qayıdıb. Həmin vaxt hücumçu cəmi bir mövsüm bu komandada çıxış etdikdən sonra “Beşiktaş”a dönmüşdü. Ötən il “Göztəpə” seneqallı oyunçunu transfer etsə də, mövsüm başa çatan kimi, tərəflər yollarını ayırmağa qərar verdilər.


Demba karyerası ərzində Fransanın “Ruan”, Belçikanın “Muskron”, Almaniyanın “Hoffenhaym”, İngiltərənin “Vest Hem”, “Nyukasl” və “Çelsi” klublarında da çıxış edib.

15 Avqust 2018
14 Avqust 2018
B.eÇ.aÇC.aCŞB