TOP 10

Yığmamızın sabiq üzvü Türkiyə klubu ilə anlaşdı

Dünya Futbolu
Tarix: 2018-06-14 15:09

Futbol üzrə Azərbaycan millisinin sabiq futbolçusu Uğur Pamuk karyerasını yenə Türkiyədə davam etdirəcək. Sport24.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi ötən mövsüm formasını geyindiyi "Manisaspor”da qalacaq. 


Manisa klubu bir müddət əvvəl onunla yollarını ayırmışdı. Lakin klub rəhbərliyində dəyişiklik olduqdan sonra hər iki tərəf fikrindən daşınıb. Bekə ki, yeni rəhbərlik Pamuka müqaviləni yeniləməyi təklif edib. Hazırda Almaniyada olan Uğurun tezliklə Türkiyəyə qayıdıb yeni müqaviləyə imza atması gözlənilir.


Qeyd edək ki, “Manisaspor” TFF 1-ci liqanın son mövsümündə 18 iştirakçı arasında 17-ci olub və aşağı liqaya düşüb.

Vaxtilə millimizdə bir neçə oyun keçirmiş Pamuk Azərbaycanda “Sumqayıt” və "Xəzər Lənkəran”ın da formasını geyinib.
 

16 Avqust 2018
15 Avqust 2018
B.eÇ.aÇC.aCŞB