TOP 10

Dünyanın ən zəngin klubları açıqlandı

Dünya Futbolu
Tarix: 2018-06-14 13:55

Məşhur “Forbes” jurnalı dünyanın ən bahalı klublarının siyahısını açıqlayıb. Sport24.az xəbər verir ki, “Mançester Yunayted” ikinci il dalbadal jurnalın siyahısında ən bahalı klub olub. 


MY bu mövsüm heç bir titul qazana bilməsə də, “Barselona” və “Real”ı geridə qoyub.


Jurnal “Mançester Yunayted”i 4,123 milyard dollar dəyərində qiymətləndirib. İkinci yerdə “Real” qərarlaşıb - 4,088 milyard dollar. “Barselona” dünyanın ən bahalı üçüncü klubu olub - 4,064.


Sonrakı pillələrdə bu klublar yer alıb:


4. “Bavariya” - 3,063
5. “Mançester Siti” - 2,474
6. “Arsenal” - 2,474
7. “Çelsi” - 2,062
8. “Liverpul” - 1,944
9. “Yuventus” - 1,472
10. “Tottenhem” - 1,237


Bütövlükdə, siyahıdakı ilk 20 klubdan 8-i İngiltərə təmsilçisidi. Qalan klublar İtaliyadan (5), Almaniya (3), İspaniya (3) və Fransadandı (1).
 

18 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB