TOP 10

Premyer Liqada yeni mövsümün püşkü atıldı

Dünya Futbolu
Tarix: 2018-06-14 13:29

Futbol üzrə İngiltərə Premyer Liqasında 2018/19 mövsümünün püşkü atılıb. Sport24.az xəbər verir ki, Premyer Liqanın növbəti mövsümünə avqustun 11-də start veriləcək. 


Son çempion “Mançester Siti” ilk turda “Arsenal”ın qonağı olacaq. 


“Mançester Yunayted” doğma meydanda “Lester”lə qarşılaşacaq, “Liverpul” isə “Vest Hem”i qonaq edəcək. 


Daha bir iddialı - “Tottenhem”i ilk turda “Nyukasl”la səfər oyunu gözləyir.


İngiltərə Premyer Liqası
1-ci tur


Arsenal - Mançester Siti
Bornmut - Kardiff Siti
Fulhem - Kristal Pelas
Haddersfild - Çelsi
Liverpul - Vest Hem
Mançester Yunayted - Lester
Nyukasl - Tottenhem
Sauthempton - Bernli
Uotford - Brayton
Vulverhempton - Everton

 

18 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB