TOP 10

Amil Yunanovun yeni klubu bəlli oldu – RƏSMİ

Futbol
Tarix: 2018-06-14 12:42

“Keşlə” növbəti transferini həyata keçirib. Sport24.az xəbər verir ki, paytaxt klubu “Sumqayıt”la yollarını ayıran Amil Yunanovu heyətinə qatıb. Bu barədə “Keşlə”nin rəsmi saytı məlumat yayıb.


Məlumatda bildirilir ki, Yunanovla əməkdaşlıq müddəti 1 ili əhatə edir. Tərəflər artıq müvafiq müqaviləyə imza atıblar.


Qeyd edək ki, Yunanov 2015-ci ildən “Sumqayıt”da çıxış edirdi. Azərbaycan millisində də bir neçə oyun keçirmiş futbolçu Premyer Liqanın son mövsümündə 28 oyuna çıxıb, vurduğu 10 qolla komandasının ən məhsuldar futbolçusu olub.
 

20 Iyun 2018
19 Iyun 2018
B.eÇ.aÇC.aCŞB