TOP 10

Fərid Nəbiyev "Slaviya"ya qayıtdı: Bu dəfə əsas komandaya

Futbol
Tarix: 2018-06-14 12:26

Azərbaycanın U-21 yığmasının futbolçusu Fərid Nəbiyev Çexiyanın "Slaviya" klubuna qayıdıb. Sport24.az-ın əldə etdiyi məlumata görə, 19 yaşlı yarımmüdafiəçi ötən gecə Praqaya dönüb.

 

Ötən mövsümün sonunu icarə əsasında Gürcüstanın "Şevardani" klubundan keçirən Fərid yenidən müqaviləylə məxsus olduğu klubun sıralarında olacaq. Özü də bu dəfə əsas komandada. "Slaviya" Çexiyada olacaq hazırlığın ilk mərhələsində Nəbiyevə də yer verəcək. Bundan sonra əsas komandanın baş məşqçisi İndrix Trpisovski futbolçumuzun qalması, yoxsa U-21 komandasına göndərilməsiylə bağlı qərar veriləcək. Fərid "Slaviya"ya gəldiyi gündən məhz bu komandada çıxış edib.

 

Qeyd edək ki, Nəbiyevin "Slaviya"yla hələ 2 illik müqaviləsi var. 

20 Iyun 2018
19 Iyun 2018
B.eÇ.aÇC.aCŞB