TOP 10

DÇ-nin açılış oyununda darmadağın

DÇ-2018
Tarix: 2018-06-14 20:55

Bu gün Rusiyada futbol üzrə dünya çempionatına start verilib. Sport24.az xəbər verir ki, sayca 21-ci mundialın açılışı oyununda təşkilatçı ölkə Rusiyanın yığma komandası Səudiyyə Ərəbistanı ilə üz-üzə gəlib.


Qarşılaşmadan öncə isə DÇ-2018-in açılışı mərasimi baş tutub. Tədbir açılışı matçının keçirildiyi “Lujniki” stadionunda baş tutub.


Açılış matçına gəlincə, bu komandalar 25 illik fasilədən sonra ilk dəfə qarşılaşıblar. Tərəflər iniyədək yalnız bir dəfə üz-üzə gəlmişdi. 1993-cü ilə təsadüf edən yoldaşlıq oyununda ərəblər 4:2 hesablı qələbə qazanmışdı. Səudiyyə Ərəbistanı FİFA reytinqində 67-ci, Rusiya isə 70-ci pillədədi. Rusiya 11-ci dəfə dünya çempionatının final mərhələsində iştirak edirsə, Səudiyyə Ərəbistanı 5-ci dəfə mundial həyəcanı yaşayır.


Rusların üstünlüyü şəraitində keçən mundialın ilk matçının tamamında meydan sahibləri 5 cavabsız qola seviniblər.


Qeyd edək ki, bir ay davam edəcək mundiala iyulun 15-də yekun vurulacaq.


DÇ-2018
A qrupu

14 iyun


Rusiya – Səudiyyə Ərəbistanı 5:0
Qol: Qazinski, 12. Çerışev, 43; 90+1. Dzyuba, 71. Qolovin, 90+4.
Hakimlər: Nestor Pitana, Xuan Pablo Belyati, Ernan Maydana (hamısı Argentina), Sandro Riççi (Braziliya).
Moskva. “Lujniki” stadionu.


Rusiya: 1. Akinfeyev (k), 2. Fernandes, 3. Kutepov, 4. İqnaşeviç, 8. Qazinski, 9. Dzaqoyev, 10. Smolov, 11. Zobnin, 17. Qolovin, 18. Jirkov, 19. Səmədov.
Ehtiyat oyunçular: 5. Semyonov, 6. Çerışev, 7. Kuzyayev, 12. Lunyov, 13. Kudryaşov, 14. Qranat, 15. Al.Mirançuk, 16. An.Mirançuk, 20. Qabulov, 21. Yeroxin, 22. Dzyuba, 23. Smolnikov.
Baş məşqçi: Stanislav Çerçesov.
Səudiyyə Ərəbistanı: 1. Abdullah, 3. Osama, 5. Omar, 6. Alburayk, 7. Salman, 8. Yahya, 10. Alsahlavi, 13. Yasser, 14. Otayf, 17. Tayser, 18. Salem.
Ehtiyat oyunçular: 2. Mansur, 4. Ali, 9. Hatan, 11. Abdulmalek, 12. Kanno, 15. Alxaybari, 16. Husseyn, 19. Fahad, 20. Muhannad, 21. Almosaylem, 22. Alovays, 23. Motaz.
Baş məşqçi: Xuan Antonio Pitsi.

15 Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB