TOP 10

“Neftçi”nin üzvləri DÇ-də kimə azarkeşlik edəcək?

Futbol
Tarix: 2018-06-14 11:44

"Neftçi" klubunun üzvləri futbol üzrə dünya çempionatında hansı milli komandaya azarkeşlik edəcəklərini açıqlayıblar. Sport24.az xəbər verir ki, italiyalı baş məşqçi Roberto Bordin Rusiyanı dəstəkləyəcəyini bildirib. 


Onun köməkçiləri Andrea Vezzu və Etibar Tarıverdiyev isə Braziliyaya üstünlük verib. "Pentakampeonlar"ı 3 futbolçu - Rəhman Hacıyev, Emin Mahmudov və Mirabdulla Abbasov da dəstəkləyib.


Daha iki köməkçi məşqçi - İqor Getman və Füzuli Məmmədov, eləcə də 2 oyunçu - Rəşad Əzizli və Elvin Sərkərov Almaniyaya, Ruslan Abışovla Tural Axundov İspaniyaya, Rəşad Eyubovla Soni Mustivar Fransaya, Kamran İbrahimov Portuqaliyaya, Anton Krivotsyuk Nigeriyaya azarkeşlik edəcəyini bildirib.


Qeyd edək ki, bu gün Rusiyada futbol üzrə 21-ci dünya çempionatı start götürəcək.

20 Iyun 2018
19 Iyun 2018
B.eÇ.aÇC.aCŞB