TOP 10

Elşad Əhmədov son seçimi etdi

Futbol
Tarix: 2018-06-14 10:26

Topaz Premyer Liqasının debütantı "Sabah"ın yeni baş məşqçisi Elşad Əhmədov köməkçisiylə bağlı son seçimini edib. Təcrübəli mütəxəssis Sport24.az-a açıqlamasında komandada fiziki hazırlıq üzrə məşqçinin Milovan Matijaseviç olacağını bildirib.

 

Ötən mövsüm digər debütantda - "Səbail"də bu vəzifəni yerinə yetirən serbiyalı mütəxəssis bu dəfə digər paytaxt təmsilçisində yer alıb.

 

Bununla da Əhmədovun başçılıq etdiyi məşqçilər korpusu tam formalaşıb. O, "Xəzər"də birlikdə çempion olduğu köməkçisi Rövşən Babayevlə birgə "Sabah"a gəlib. Matijaseviçlə birgə "Səbail"də baş məşqçi Samir Əliyevin köməkçiləri olmuş Səttar Əliyevlə qapıçılarla işləyən Vitali Kovalyov da Elşad Əhmədovun komandasına gəliblər və bu üçlük yenidən birgə çalışacaq. 

15 Avqust 2018
14 Avqust 2018
B.eÇ.aÇC.aCŞB