TOP 10

“Latsio”nu “Kyevo”ya dəyişdi

Dünya Futbolu
Tarix: 2018-06-14 11:30

İtaliyanın “Kyevo” klubu heyətini yenə futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, A Seriyası təmsilçisi serbiyalı hücumçu Filip Corceviçi transfer edib.

“Latsio” ilə müqaviləsinin müddəti bitən 30 yaşlı futbolçu yeni klubuna pulsuz başa gəlib.


Corceviç Verona klubu ilə 3 illik müqavilə imzalayıb. Lakin tərəflər 3 ildən sonra müddəti daha 1 il artırmaq barədə də prinsipial razılıq əldə ediblər.


Serbiya yığmasında da oynamış forvard 2014-cü ildən “Latsio”da çıxış edirdi.

15 Avqust 2018
14 Avqust 2018
B.eÇ.aÇC.aCŞB