TOP 10

Quti “Beşiktaş”ın təklifini qəbul etdi

Dünya Futbolu
Tarix: 2018-06-14 10:41

Quti Ernandes yenidən Türkiyənin “Beşiktaş” klubuna qayıdır. Sport24.az xəbər verir ki, o, bu dəfə İstanbul təmsilçisinə məşqçi kimi xidmət göstərməyə qərar verib.


Türkiyə mətbuatının yazdığına görə, “Beşiktaş”ın prezidenti Fikrət Orman komandanın sabiq oyunçularından olan Quti ilə görüşmək üçün onun vətəni İspaniyaya yollanıb. Tərəflər arasında Madriddə baş tutan görüşdə “Real”ın sabiq yarımmüdafiəçisini razı salmaq mümkün olub. 


41 yaşlı məşqçi “qara qartallar”ın baş məşqçisi Şenol Günəşin köməkçilərindən biri olacaq. Onun tezliklə İstanbula gəlib, vaxtilə futbolçu kimi şərəfini qoruduğu bu klubla müqavilə bağlaması və “Beşiktaş”ın toplanışına qatılması gözlənilir.


Futbolçu karyerasına 2012-ci ildə məhz “Beşiktaş”da son qoyan Quti daha sonra “Real”ın aşağı yaş qrupları üzrə komandalarında məşqçiliyə başlamışdı.

15 Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB