TOP 10

Nazim Süleymanovdan Mahmud Qurbanova təklif: Razılıq 2 səbəbdən verilməyib

Futbol
Tarix: 2018-06-14 10:00

"Neftçi"nin əvəzedici komandasının yeni baş məşqçisi Mahmud Qurbanov "Sumqayıt"dan dəvət alıb. Bu haqda Sport24.az-a məlumat verən Qurbanov "gənclik şəhəri"nin yeni baş məşqçisi Nazim Süleymanovun ona köməkçisi olmağı təklif etdiyini bildirib.

 

"Professor" ləqəbli ən titullu futbolçumuz təklifi qəbul etməməyini bununla əlaqələndirib: "Premyer Liqa klublarından yalnız bir təklifim olub. Bu da "Sumqayıt"dandı. Ancaq bu, baş məşqçi yox, köməkçi olmaq idi. Nazim Süleymanov bu komandaya baş məşqçi təyin olunandan sonra mənə köməkçisi olmasını təklif etdi. Ancaq iki səbəbdən razılıq vermədim. Əvvəla, "Neftçi"ylə artıq danışığım olmuşdu və razılıq əldə olunandan sonra digər təklifi dəyərləndirmək düzgün olmazdı. Həm də artıq özüm baş məşqçi kimi sərbəst fəaliyyət göstərmək istəyirdim. Çünki xeyli vaxtdı köməkçi məşqçi kimi çalışıram, 4 il milli komandada bu vəzifədə işləmişəm. Artıq baş məşqçi kimi çalışmağı üstün tutdum".

 

Qeyd edək ki, Qurbanov millimizdə birgə oynadığı Süleymanovla sonradan "Bakı"da birgə çalışıb. O, bu komandayla 2009-cu ildə futbolçu kimi çempion olanda Nazim müəllim əsas komandanın məşqçisi idi.

 

MEHMAN SÜLEYMANOV

20 Iyun 2018
19 Iyun 2018
B.eÇ.aÇC.aCŞB