TOP 10

“Qəbələ”də yeni məşqçi

Futbol
Tarix: 2018-06-14 00:15

“Qəbələ”nin məşqçilər korpusunda dəyişiklik edilib. Sport24.az klub saytına istinadən xəbər verir ki, serbiyalı Miloş Yevtiç bundan sonra “qırmızı-qaralar”ın uğurları üçün çalışacaq. 


O, Sənan Qurbanovun baş məşqçisi olduğu komandanın fiziki hazırlıq üzrə çalışdırıcı funksiyasını yerinə yetirəcək. 


Serb mütəxəssis bunadək Azərbaycanda “İnter” (indiki “Keşlə”), Qazaxıstanda “Kayrat” klublarında, həmçinin Gürcüstan milli komandasında məşqçi kimi fəaliyyət göstərib.
 

20 Iyun 2018
19 Iyun 2018
B.eÇ.aÇC.aCŞB