TOP 10

İnzaqi A Seriyası klubuna baş məşqçi təyin olundu

Dünya Futbolu
Tarix: 2018-06-13 19:30

İtaliyanın “Bolonya” klubunun yeni baş məşqçisi müəyyənləşib. Sport24.az xəbər verir ki, A Seriyası təmsilçisini bundan sonra Filippo İnzaqi çalışdıracaq. Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.


Məlumatda bildirilir ki, İnzaqi ilə 2020-ci ilin 30 iyul tarixinə kimi müqavilə imzalanıb. O, bu postda mövsüm başa çatandan sonra istefaya göndərilən Roberto Donadonini əvəz edib.


Qeyd edək ki, “Bolonya” geridə qalan mövsümdə A Seriyasını 39 xalla 20 iştirakçı arasında 15-ci pillədə başa vurub.


İnzaqiyə gəlincə, məşqçilik karyerasına “Milan”da start verən gənc mütəxəssis 2016-2018-ci illər aralığında da “Venetsiya”nı çalışdırıb.


Onun qardaşı Simone İnzaqi isə A Seriyasının digər təmsilçisi “Latsio”nun baş məşqçisidi.

19 Oktyabr 2018
18 Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB