TOP 10

Roberto Bordin üçün daha bir köməkçi

Futbol
Tarix: 2018-06-13 18:38

Yeni mövsümdə “Neftçi”nin əsas komandasına rəhbərlik edəcək Roberto Bordinin daha bir köməkçisinin adına aydınlıq gəlib. Sport24.az xəbər verir ki, ötən mövsüm də bu vəzifəni yerinə yetirən İqor Getmanla müqavilənin müddəti daha 1 il artırılıb.


İqor Getman 1991-1992, 1998-2007-ci illər ərzində "Neftçi”də çıxış edib, 236 oyun keçirib, 7 qol vurub. "Neftçi”nin heyətində Azərbaycan çempionatının (1992, 2004, 2005), ölkə kubokunun (1999, 2004) qalibi olan Getman müstəqillik dönəmində komandamızda ən çox oyun keçirən futbolçudur. O, 1995-2001-ci illər ərzində Azərbaycan milli komandasının heyətində 24 oyunda meydana çıxıb.


Bunadək də əsas komandada məşqçi, əvəzedici heyətdə isə baş məşqçi vəzifələrində çalışan 47 yaşlı mütəxəssis UEFA-nın A kateqoriyalı məşqçisidir.


Qeyd edək ki, İqor Getmanla yanaşı, Füzuli Məmmədov, Etibar Tarıverdiyev (qapıçılar üzrə) və Andrea Vezzu (fiziki hazırlıq üzrə) da baş məşqçi Roberto Bordinə kömək edəcəklər.
 

14 Noyabr 2018
13 Noyabr 2018
B.eÇ.aÇC.aCŞB